“Sabah” futbol klubu Velko Simiçlə yeni müqavilə bağlayıb.
İdman.Biz kluba istinadən bildirir ki, serbiyalı futbolçu ilə yeni müqavilənin müddəti 2 ildir. Simiç “Sabah”la yeni müqaviləni azad agent kimi bağladığından, onun keçidi ilə bağlı hər hansı ödəniş edilməyib.
Velko ötən ilin avqust ayında Türkiyənin “Sivasspor” klubundan icarə əsasında “Sabah”a qoşulub. O, komandanın heyətində ümumilikdə 34 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.
Simiç son mövsümdə “Sabah”ın heyətində Azərbaycan çempionluğunu və ölkə kubokunu qazanıb.
