“Kəpəz”in futbolçusu Rauf Hüseynli yeni mövsümə böyük ehtimalla yeni komandada başlayacaq.
İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, Gəncə klubundan ayrılacağı gözlənilən müdafiəçi “Şəfa”nın transfer siyahısındadır.
Premyer Liqaya uzun illərdən sonra geri qayıdan paytaxt təmsilçisinin Raufla ilkin danışıqlara keçdiyi və razı salmağa çalışdığı bildirilir.
26 yaşlı müdafiəçi “Qarabağ”, “Zirə”, “Şamaxı”, “Qəbələ” klublarında da oynayıb.
