“Ayaks”ın yeni baş məşqçisinin adı məlum olub

2 İyun 2026 14:43
58
“Ayaks”ın yeni baş məşqçisinin adı məlum olub

İspaniyalı futbol mütəxəssisi Miçel Sançes “Ayaks”ın yeni baş məşqçisi təyin olunub.

İdman.Biz xəbər verir ki, Amsterdam təmsilçisi ispan mütəxəssislə müqavilə imzaladığını açıqlayıb.

Miçel son olaraq "Jirona"nı çalışdırıb. O, komandanın La Liqanı tərk etməsindən sonra vəzifəsindən ayrılmışdı.

“Ayaks” rəhbərliyi yeni mövsümdə komandanı yenidən uğurlara qaytarmaq üçün ispan çalışdırıcıya etibar edib. Miçelin yaxın günlərdə məşqçilər korpusunu formalaşdıraraq işə başlayacağı gözlənilir.

İdman.Biz
Məqalədə: