“Minifutbol üzrə Çexiya millisi Qazaxıstan kimi güclü kollektivdir”.
Bu sözləri Azərbaycan millisinin üzvü Məhəmməd Xəlilov deyib.
O, Slovakiyada keçirilən Avropa çempionatının 1/4 finalında qarşılaşacaqları rəqib barədə danışıb.
“Çexiya da Qazaxıstan kimi güclü kollektivdir. Həmin görüşə də yaxşı hazırlaşacağıq. Rəqibin oyunlarına baxmışıq. Yenidən təhlil edəcəyik”, - deyə o report.az-a açıqlamasında söyləyib.
O, 1/8 finalda Qazaxıstanı 3:2 hesabı ilə üstələdikləri matça da toxunub:
“Qələbəni Azərbaycan xalqına həsr edirik. Oyunun çətin keçəcəyini bilirdik. Lakin qələbə qazanmağa müvəffəq olduq. Matça da yaxşı hazırlaşmışdıq. Qalibiyyətdə bütün komandanın əməyi böyükdür”.
M.Xəlilov arenada komandaya dəstək olan fanatlar haqqında da fikirlərini bölüşüb:
“Azarkeşlərin dəstəyini hiss edirik. Onların tribunada yer alması oyunumuza təsir edir. Hər birinə təşəkkür edirəm”.
Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu bu gün, Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.
