Futbol üzrə Özbəkistan millisinin DÇ-2026 üçün yekun heyətini açıqlanıb.
İdman.Biz xəbər verir ki, Özbəkistan millisinin italiyalı baş məşqçisi Fabio Kannavaronun yekun siyahısında Abduqodir Xusanov ("Mançester Siti"), Abbosbek Fayzullayev, Oston Urunov və Eldor Şomurodov kimi tanınmış futbolçuların adı yer alır.
Qeyd edək ki, Bakının “Sabah” klubunun yarımmüdafiəçisi Umarali Raxmonaliyev Özbəkistan millisinin aparıcı futbolçularından biri olsa da, millinin baş məşqçisi onun adını DÇ-2026 üçün yekun heyətə daxil etməyib.
Beləliklə, Özbəkistan DÇ-2026 üçün yekun heyəti:
Qapıçılar: Utkir Yusupov ("Navbahor"), Abduvohid Ne'matov ("Nasaf"), Botirali Erqaşev ("Neftçi" Fərqanə).
Müdafiəçilər: Avazbek Ulmasəliyev (AQMK), Abdulla Abdullayev ("Dibba", BƏƏ), Jahongir Urozov ("Dinamo" Səmərqənd), Rustam Aşurmatov ("İstiqlol"), Abduqodir Xusanov ("Mançester Siti"), Umar Eşmurodov ("Nasaf"), Farrux Sayfiyev ("Neftçi" Fərqanə), Xojiakbar Alijonov, Şerzod Nasrullayev (hər ikisi "Paxtakor"), Behruz Kərimov ("Surxon").
Yarımmüdafiəçilər: Aziz Qəniyev ("Əl-Bataeh"), Otabek Şukurov ("Baniyas"), Şerzod Esanov ("Buxara"), Abbosbek Fayzullayev ("İstanbul Başakşehir"), Cəlaləddin Maşaripov ("İstiqlol"), Camşid İskəndərov ("Neftçi" Fərqanə), Akmal Mozqovoy, Dostonbek Xamdamov (hər ikisi "Paxtakor"), Oston Urunov ("Persepolis"), Odil Xamrobekov ("Traktor").
Hücumçular: Azizbek Omonov ("Dinamo" Səmərqənd), Eldor Şomurodov ("İstanbul Başakşehir"), İqor Sergeyev ("Persepolis").
Xatırladaq ki, Özbəkistan millisi dünya çempionatının K qrupunda Portuqaliya, Konqo Demokratik Respublikası və Kolumbiya yığmaları ilə mübarizə aparacaq. Hər qrupdan ən azı iki komanda pley-off mərhələsinə yüksələcək. Bundan başqa, qruplarda üçüncü yeri tutan komandalar arasında ən yaxşı səkkiz kollektiv də növbəti mərhələyə vəsiqə qazanacaq.
Özbəkistan yığması mundialdakı ilk oyununu iyunun 17-də Mexiko şəhərində Kolumbiyaya qarşı keçirəcək.
