Türkiyə millisinin futbol üzrə 2026 Dünya Çempionatı üçün yekun heyəti müəyyənləşib.
İdman.Biz xəbər verir ki, italiyalı baş məşqçi Vinçenzo Montella yığmaya 26 futbolçu dəvət edib.
Qapıçılar: Altay Bayındır, Mert Günok və Uğurcan Çakır;
Müdafiəçilər: Abdülkərim Bardakçı, Çağlar Söyüncü, Eren Elmalı, Ferdi Kadıoğlu, Merih Demiral, Mert Müldür, Ozan Kabak, Samet Akaydın və Zeki Çelik;
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu, İsmayıl Yüksek, Kaan Ayhan, Orkun Kökçü, Salih Özcan, Arda Güler, İrfan Can Kahveci, Oğuz Aydın və Yunus Akgün;
Hücumçular: Barış Alper Yılmaz, Can Uzun, Deniz Gül, Kenan Yıldız, Kerem Aktürkoğlu.
“Ay-ulduzlular” D qrupunda ABŞ, Paraqvay və Avstraliya yığmaları ilə qarşılaşacaqlar.
İlkin geniş heyətdə yer alan bir neçə futbolçu yekun siyahıya düşə bilməyib. Ersin Destanoğlu, Muhammed Şengezer, Ahmetcan Kaplan, Yusuf Akçiçek, Mustafa Eskihellaç, Atakan Karazor, Demir Ege Tıknaz, Aral Şimşir və Yusuf Sarı Dünya Kuboku üçün açıqlanan yekun heyətdən kənarda qalıblar.
Qeyd edək ki, mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə 48 milli komanda mübarizə aparacaq.
