9 iyun tarixində İspaniyanın La Linea de la Concepcion şəhərində keçirilməsi planlaşdırılan Konqo Demokratik Respublikası və Çili arasında yoldaşlıq oyunu ləğv edilib.
İdman.Biz bu barədə BBC-yə istinadən məlumat verir.
Bu qərarı şəhər meri Xuan Franko verib və o, Ebola virusu ilə bağlı ciddi narahatlıqlara görə matçı qadağan edib.
Mənbənin məlumatına görə, komandalar turnirin başlamasından bir neçə gün əvvəl yoldaşlıq oyunu üçün yeni məkan tapmağa çalışırlar.
Konqo DR daha əvvəl ölkədə Ebola epidemiyası səbəbindən 2026-cı il dünya çempionatına hazırlıqları dayandırmışdı. Ümumdünya Səhiyyə Təşkilatı vəziyyəti “fövqəladə hal” adlandırsa da, pandemiya kimi tanımamışdı.
Dünya çempionatında Konqo DR Portuqaliya, Kolumbiya və Özbəkistanla oynayacaq K qrupunda yer alır.
