UEFA Konfrans Liqasının final qarşılaşması öncəsi İngiltərənin “Kristal Palas” və İspaniyanın “Rayo Valyekano” klublarının azarkeşləri arasında insident yaşanıb.
İdman.Biz xəbər verir ki, hadisə Almaniyanın Leypsiq şəhərində fəaliyyət göstərən restoranlardan birində baş verib. Qarşıdurma zamanı tərəflər bir-birlərinə müxtəlif əşyalar ataraq hücum ediblər.
Hadisə yerinə cəlb olunan polis əməkdaşları vəziyyəti nəzarətə götürüb. İğtişaşlarda iştirak etdikləri üçün onlarla şəxsin saxlanıldığı bildirilib.
Qeyd edək ki, “Red Bull Arena”da keçiriləcək “Kristal Palas” - “Rayo Valyekano” oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
