Alleqrinin çıxarılmasından sonra “Milan” İraola ilə əlaqə saxlayıb

25 May 2026 23:44
127
Alleqrinin çıxarılmasından sonra “Milan” İraola ilə əlaqə saxlayıb

“Milan” baş məşqçi vəzifəsinə namizədlərindən birini müəyyən edib.

İdman.Biz bildirir ki, bu gün “rossonerilər” Massimiliano Alleqrinin gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməməsindən sonra istefa verdiyini açıqlayıblar.

Jurnalistlər Ben Ceykobs və Canluka Di Marzionun sözlərinə görə, İtaliya klubu artıq bu yay “Bornmut”dan ayrılacaq Andoni İraola ilə əlaqə saxlayıb.

43 yaşlı mütəxəssisin xidmətlərində “Bayer Leverkuzen” və “Kristal Palas” da maraqlıdır.

İdman.Biz