“Sabah”ın rəqibi heyətində dəyişiklik etdi

1 Sentyabr 2026 13:42
81
“Sabah”ın rəqibi heyətində dəyişiklik etdi

“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi “Vikinq” heyətində dəyişiklik edib.

İdman.Biz xəbər verir ki, Norveç çempionu yarımmüdafiəçisi Ruben Alteni Danimarkanın “Viborq” klubuna icarəyə verib.

26 yaşlı futbolçu yeni komandasında mövsümün sonunadək çıxış edəcək. İcarə müqaviləsində “Viborq”un oyunçunun transfer hüquqlarını almaq imkanı da nəzərdə tutulub.

Qeyd edək ki, Alte daha əvvəl icarə əsasında “Sannefjord”da çıxış edib. O, bu ilin yayında “Vikinq”ə qayıdıb.

“Vikinq” - “Sabah” oyunu noyabrın 4-də keçiriləcək.

İdman.Biz