Arteta İPL-də həm oyunçu, həm də məşqçi kimi 250 oyun keçirən ikinci şəxsdir

1 Sentyabr 2026 12:32
95
Arteta İPL-də həm oyunçu, həm də məşqçi kimi 250 oyun keçirən ikinci şəxsdir

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə çempionatında futbolçu və məşqçi kimi ümumilikdə 250 matç keçirən ikinci şəxs olub.

İdman.Biz xəbər verir ki, bu barədə “Opta”nın statistikasında qeyd olunub.

Bazar ertəsi “topçular” İngiltərə Premyer Liqasının 2026/27 mövsümünün 2-ci turunda “Aston Villa”nı 1:0 hesabı ilə məğlub ediblər. Bu qarşılaşma 44 yaşlı mütəxəssis üçün İPL-də baş məşqçi kimi 250-ci oyun olub.

Arteta futbolçu kimi isə İngiltərə Premyer Liqasında 284 matç keçirib.

Bu göstəriciyə daha əvvəl nail olan ilk şəxs Mark Hyuzdur. O, futbolçu kimi 297, baş məşqçi kimi isə 466 İPL matçında iştirak edib.

Məlumat üçün əlavə edək ki, hazırda Mikel Artetanın “Arsenal”la 2027-ci ilin yayına qədər müqaviləsi var. O, 2024-cü ilin sentyabrında üç illik yeni müqavilə imzalayıb.

Qeyd edək ki, “Arsenal” “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibidir. Komandalar arasında görüş əsas mərhələnin səkkizinci, son turu çərçivəsində 27 yanvar 2027-ci ildə Londonda keçiriləcək.

İdman.Biz
Məqalədə: