“Borussiya” Almaniya Kubokunda mübarizəyə başlayır - AFİŞA

1 Sentyabr 2026 11:15
92
“Borussiya” Almaniya Kubokunda mübarizəyə başlayır - AFİŞA

Bu gün Avropanın aparıcı çempionatlarında demək olar ki, oyun yoxdur. Buna baxmayaraq, azarkeşləri Almaniya və İtaliya kuboklarında, İngiltərə Çempionşipində maraqlı qarşılaşmalar gözləyir. Avropadan kənarda isə günün əsas hadisəsi “Əl-Hilal” - “Əl-Əhli” qarşılaşması olacaq.

İdman.Biz xəbər verir ki, İtaliya Kubokunda bu gün iki görüş keçiriləcək. “Parma” “Kremoneze” ilə qarşılaşacaq, gec saatlarda isə “Torino” “Montsa”nı qəbul edəcək. İkinci cütün qalibi növbəti mərhələdə “Milan”la üz-üzə gələcək.

Almaniyada Dortmund “Borussiya”sı ölkə kubokunda cari mövsümdə ilk matçına çıxacaq. Bundesliqanın aparıcı klublarından birinin rəqibi Hamburq şəhərini təmsil edən və Oberliqada çıxış edən HEBC olacaq.

Günün diqqətçəkən qarşılaşmalarından biri Səudiyyə Ərəbistanı çempionatında “Əl-Hilal”la “Əl-Əhli” arasında keçiriləcək. Komandalar Ər-Riyadda yerləşən “Kingdom Arena”da qarşılaşacaqlar.

İngiltərə Çempionşipində isə yaxın keçmişin iki Premyer Liqa təmsilçisinin duelinə diqqət yetirilir. “Vest Hem” doğma meydanda “Vulverhempton”u qəbul edəcək.

Günün əsas oyunları:

20:00. “Parma” – “Kremoneze” – İtaliya Kuboku

22:00. “Əl-Hilal” – “Əl-Əhli” – Səudiyyə Ərəbistanı çempionatı

22:45. HEBC – “Borussiya” (Dortmund) – Almaniya Kuboku

22:45. “Vest Hem” – “Vulverhempton” – Çempionşip

23:00. “Torino” – “Montsa” – İtaliya Kuboku

Bütün oyunların vaxtı Bakı vaxtı ilə göstərilib.

İdman.Biz