Azərbaycanın İkinci Liqasında yeni mövsümə start verildi - YENİLƏNİB

1 Sentyabr 2026 19:07
1 087
Azərbaycanın İkinci Liqasında yeni mövsümə start verildi

Bu gün Azərbaycan 2-ci Liqasında 2026/27 mövsümünə start verilib.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə 3 oyun keçirilib.

Günün qarşılaşmalarında “Qaradağ Lökbatan” “Hypers”i 2:1, “Şirvan” “Kür-Araz”ı 6:1, “Şəki” isə “Ağdaş”ı 4:2 hesabı ilə məğlub edib.

1 sentyabr

2-ci Liqa, 1-ci tur

“Qaradağ Lökbatan” - “Hypers” - 2:1

Qollar: Ə.Hacılı, 13, İ. Zeynallı, 39-pen - C.Rəcəbli, 70
Qırmızı vərəqə: V. Əşrəfli, 54 ("Hypers")
Hakimlər: Nahid Xasıyev, Rizvan Süleymanov, Təhmin Cəlilbəyli, Nəriman Ağayev
Lökbatan OİK stadionu

“Şirvan” - “Kür-Araz” - 6:1

Qollar: A. Yunanov, 16, 37, M. Məsimov, 55, Ç.Məmmədov, 77, Q.Həsənov, 85, C.Əliyev, 88 - B. Əliyev, 41
Hakimlər: Kamil Aydınov, Ruslan Məmmədov, Samir Cabbarov, Sənan Bayramzadə
Şirvan OİK stadionu

“Şəki” - “Ağdaş” - 4:2

Qollar: V. Nəsirov, 32, L. Berikaşvili, 49, T. Məmmədzadə, 61, 72, E. Süleymanov, 75 - N. Təhəmzli, 25
Hakimlər: Samir Musayev, Ağadur Mahmudov, Elvin Mədətov, Elçin Abdullayev
Zaqatala OİK stadionu

Qeyd edək ki, turun qalan üç oyunu sabah keçiriləcək.

2 sentyabr

17:00. “Şamaxı” - “Şəmkir”

17:00. “Difaİ” - “Dinamo”

17:00. “Zəngəzur” - “Ağstafa Gəncləri”

12:19

Bu gün Azərbaycanın İkinci Liqasında yeni mövsümə start veriləcək.

İdman.Biz xəbər verir ki, çempionatın açılış oyunu Zaqatalada keçiriləcək.

Adını dəyişərək “Şəki” adlandırılan “Şəki Siti” “Ağdaş”ı qəbul edəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.

Bu gün daha iki oyun baş tutacaq. “Qaradağ Lökbatan” “Haypers”i, “Şirvan” isə “Kür-Araz”ı qəbul edəcək.

İkinci Liqa
Birinci tur
1 sentyabr
16:00. “Şəki” - “Ağdaş”
Hakimlər: Samir Musayev, Ağadur Mahmudov, Elvin Mədətov, Elçin Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.

17:00. “Qaradağ Lökbatan” - “Hypers”
Hakimlər:
Nahid Xasıyev, Rizvan Süleymanov, Təhmin Cəlilbəyli, Nəriman Ağayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.

17:00. “Şirvan” - “Kür-Araz”
Hakimlər:
Kamil Aydınov, Ruslan Məmmədov, Samir Cabbarov, Sənan Bayramzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun qalan üç oyunu sabah keçiriləcək.

İdman.Biz