Messinin anası oğlunun milli karyerasını bitirməsi barədə danışıb

1 Sentyabr 2026 14:09
79
Messinin anası oğlunun milli karyerasını bitirməsi barədə danışıb

Lionel Messinin anası Seliya Kuçittini oğlunun Argentina millisində karyerasını başa vurması ilə bağlı hisslərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Messi 21 ildən sonra Argentina yığması ilə vidalaşdığını açıqlayıb. Onun qərarından sonra futbolçunun anası jurnalist Adrian Pallaresə emosional mesaj göndərib.

“Hələ də ağlayıram. Bunu əvvəlcədən bilsək də, bütün ailə kədərlidir. Amma əsas odur ki, o, xoşbəxt olsun”, - deyə Kuçittini bildirib.

Messinin anası avqust ayında həyat yoldaşını itirmələrinin də ailə üçün bu dönəmi daha ağır etdiyini qeyd edib. O, həyat yoldaşının Leo ilə bağlı tez-tez, “o daha oynamayanda mən nə edəcəyəm?” dediyini xatırladıb.

Messi isə vida məktubunda ailəsinə, məşqçilərinə, komanda yoldaşlarına və Argentina millisində birlikdə çalışdığı şəxslərə təşəkkür edib. O, milli komandadan qürur və rahatlıq hissi ilə ayrıldığını vurğulayıb.

İdman.Biz