Dembele gələn mövsüm PSJ-dən ayrılmaq istəmədiyini bildirib

22 May 2026 19:53
73
Dembele gələn mövsüm PSJ-dən ayrılmaq istəmədiyini bildirib

PSJ-nin hücumçusu Usman Dembele Paris klubundakı gələcəyi barədə danışıb.

İdman.Biz xəbər verir ki, hazırkı “Qızıl top” mükafatının sahibi 2023-cü ildən PSJ-dədir.

“Əvvəla, 2028-ci ilə qədər müqaviləmin iki ili qalıb. Klubda hər şey çox yaxşı gedir; Hər kəslə, istər heyətlə, istər oyunçularla, istər prezidentlə, istərsə də... çox yaxşı yola gedirəm. Növbəti mövsüm komandaya 100% sadiq qalacağam.

Müqavilənin uzadılması? Görək PSJ mənə təklif edəcəkmi (gülür). Amma yox, əlbəttə ki, mən bu klubda xoşbəxtəm və ümid edirəm ki, belə də qalacaq”, - deyə RMC Sport Dembeledən sitat gətirir.

Bu mövsüm fransız hücumçu bütün yarışlarda 39 oyuna çıxıb, 19 qol vurub və 11 məhsuldar ötürmə edib.

İdman.Biz