Tuxel, Palmer və Fodeni mundiala aparmama səbəbini açıqlayıb

22 May 2026 17:42
113
Tuxel, Palmer və Fodeni mundiala aparmama səbəbini açıqlayıb

İngiltərə milli komandasının baş məşqçisi Tomas Tuxel İngiltərə millisinin heyəti ilə bağlı verdiyi qərarı şərh edib. O, qarşıdakı dünya çempionatına Kol Palmer, Fil Foden və Morqan Uayt aparmama səbəbini açıqlayıb.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssisin fikrini Britaniya KİV-i dərc edib.

“Futbolçularla çətin telefon danışqları oldu. Bəzi hallarda məsələ sadəcə qüvvə balansı ilə bağlı idi. Komandanın heyət balansını qorumaq vacibdir, buna görə də birdən-birə beş hücumameyilli yarımmüdafiəçini heyətə cəlb edə bilmərik. Nə qədər çətin olsa da, düşünürəm ki, bu qərar İngiltərə millisi üçün doğrudur”, - deyə Tuxel bildirib.

İdman.Biz
Məqalədə: