UEFA C kursunun ilk mərhələsi keçirildi - FOTO

22 May 2026 17:29
125
UEFA C kursunun ilk mərhələsi keçirildi - FOTO

Futbol üzrə məşqçilərin bilik və bacarıqlarının artırılması məqsədilə UEFA-nın C kateqoriyalı məşqçi kursunun birinci mərhələsi keçirilib.

İdman.Biz xəbər verir ki, kurs AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində baş tutub.

Məşğələlərə təlimatçılar İlham Əzizzadə və Dəyanət Əliyev rəhbərlik ediblər. Kurs çərçivəsində iştirakçılara məşqçilik fəaliyyətinin əsas prinsipləri, komanda ilə iş, məşq prosesinin qurulması və futbolçuların inkişafına yönələn praktiki biliklər təqdim olunub.

İdman.Biz