DÇ-2026-da sensorlu toplardan istifadə olunacaq

22 May 2026 15:23
130
DÇ-2026-da sensorlu toplardan istifadə olunacaq

2026-cı il Dünya Çempionatında sensorla təchiz edilmiş yeni nəsil toplardan istifadə olunacaq.

İdman.Biz xəbər verir ki, topun daxilinə yerləşdirilən xüsusi sensor ona hər toxunuşun dəqiq mövqeyini qeydə alacaq.

Məlumat üçün qeyd edək ki, 2022-ci il Dünya Çempionatında bu sensor topun daxilində naqillərlə asılmış vəziyyətdə yerləşdirilmişdi. Yeni modeldə isə sensor topun xarici qatındakı hissələrdən birinin içərisinə yerləşdirilib.

Əldə olunan məlumatlar stadion ətrafında quraşdırılmış 12 kamera ilə birləşdiriləcək. Kameralar topun və meydandakı hər bir futbolçunun mövqeyini saniyədə 50 dəfə izləyəcək.

Bütün məlumatlar real vaxt rejimində VAR sisteminə ötürüləcək və qol epizodları ilə ofsayd qərarlarının müəyyənləşdirilməsində istifadə ediləcək. Sensorun olduqca yüngül olduğu, futbolçular tərəfindən hiss edilmədiyi və batareyasının altı saata qədər işlədiyi bildirilib.

İdman.Biz
Məqalədə: