“Çelsi”nin oyunçuları Koul Palmer və Levi Koluill 2026-cı il dünya çempionatını buraxacaqlar.
İdman.Biz bu barədə “The Telegraph”a istinadən bildirir.
Məlumata görə, hər iki oyunçu İngiltərənin DÇ-dəki heyətinə daxil edilməyəcək.
Palmer bu mövsüm bütün yarışlarda 33 oyun keçirib, 10 qol vurub və üç məhsuldar ötürmə edib. O, zədə səbəbindən həm klub, həm də milli komandada 26 oyunu buraxıb. Kolvill 2025-ci ilin yayından 2026-cı ilin aprelinə qədər yırtılmış çarpaz bağından sağalmaqla keçirib. Müdafiəçi bütün yarışlarda dörd oyun keçirib.
