“Mançester Siti”nin yarımmüdafiəçisi Filip Foden, “Mançester Yunayted”in müdafiəçisi Lyuk Şou və “Milan”ın müdafiəçisi Fikayo Tomori 2026-cı il Dünya çempionatı üçün İngiltərə millisinin heyətinə daxil edilməyəcəklər.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Fabritsio Romano özünün X sosial media səhifəsində məlumat verib.
Mənbənin məlumatına görə, Fodenin yerinə “Arsenal”ın oyunçusu Noni Maduekenin adı çəkilə bilər.
Daha əvvəl “üç aslan”ın mətbuat xidməti ABŞ, Kanada və Meksikada keçiriləcək turnir üçün yekun heyətin 22 may cümə günü açıqlanacağını açıqlamışdı. Tomas Tuxelin komandası DÇ-2026-da Xorvatiya, Qana və Panama ilə qarşılaşacaq L qrupunda oynayacaq.
