Özbəkistan Futbol Assosiasiyası və “Atlanta Yunayted” sosial mediada Özbəkistan milli komandasının DÇ-2026 boyunca Amerika klubunun təlim-məşq bazasında məşq edəcəyini açıqlayıblar.
İdman.Biz xəbər verir ki, obyekt 10 iyundan etibarən milli komandanın ixtiyarında olacaq.
“Xoş gəlmisən, Özbəkistan”, - “Atlanta” açıqlamasında yazıb.
Dünya çempionatında Özbəkistan milli komandası K qrupunda Kolumbiya (18 iyun), Portuqaliya (23 iyun) və Konqo Demokratik Respublikası (28 iyun) ilə oynayacaq.
DÇ-2026 11 iyunda başlayacaq və 19 iyula qədər davam edəcək. Üç ölkə ev sahibliyi edəcək: ABŞ, Kanada və Meksika. Argentina hazırkı dünya çempionudur.
