TOP5 liqanın ilk qadın baş məşqçisi postunu tərk edib

22 May 2026 16:31
127
TOP5 liqanın ilk qadın baş məşqçisi postunu tərk edib

Almaniyanın “Union Berlin” futbol klubunda baş məşqçi dəyişikliyi olub.

İdman.Biz xəbər verir ki, Bundesliqa təmsilçisi Mauro Lustrinellini əsas komandanın yeni baş məşqçisi təyin edib. 50 yaşlı isveçrəli mütəxəssis bu postda Mari-Luiza Etanı əvəzləyib.

Eta aprel ayında “Union Berlin”in baş məşqçisi vəzifəsini müvəqqəti icra etməyə başlamışdı. Bununla da o, Bundesliqada və Avropanın top beş liqasında kişi komandasına rəhbərlik edən ilk qadın baş məşqçi kimi tarixə düşüb.

34 yaşlı mütəxəssis qısa müddətli fəaliyyəti dövründə komandanı elitada saxlamağı bacarıb. Eta beş matçda yeddi xal toplayıb.

Lustrinelli “Union Berlin”ə İsveçrənin “Tun” klubundan keçib. O, bu komanda ilə 2025/26 mövsümündə İsveçrə çempionu olub. “Union Berlin”in rəsmi açıqlamasında onun beynəlxalq təcrübəyə və inkişafyönümlü oyun fəlsəfəsinə malik olduğu vurğulanıb.

Eta isə daha əvvəl razılaşdırıldığı kimi “Union Berlin”in qadınlardan ibarət komandasına rəhbərlik edəcək.

İdman.Biz