İnyesta məşqçiliyə başlayır: İlk ünvanı Dubaydır

22 May 2026 18:13
81
İnyesta məşqçiliyə başlayır: İlk ünvanı Dubaydır

İspaniya millisinin və “Barselona” futbol komandasının sabiq yarımmüdafiəçisi Andres İnyesta məşqçilik karyerasına başlamağa hazırlaşır.

İdman.Biz xəbər verir ki, 42 yaşlı mütəxəssis BƏƏ-nin Dubay şəhərini təmsil edən “Gulf United” futbol klubunun baş məşqçisi olacaq. Məlumata görə, tərəflər arasında razılıq əldə olunub və müqavilənin imzalanması gözlənilir.

Bu, İnyestanın baş məşqçi kimi ilk işi olacaq. O, futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik istiqamətində fəaliyyətə başlamış və BƏƏ Futbol Assosiasiyasının kurslarında iştirak etmişdi. FIFA-nın məlumatına görə, İnyesta 2025-ci ilin yanvarında Dubayda keçirilən məşqçilik təhsili seminarında da yer alıb.

“Gulf United” 2019-cu ildə yaradılıb. Klub Dubayda fəaliyyət göstərir və həm akademiya, həm də peşəkar komanda kimi çıxış edir.

İdman.Biz