Arne Slot bu yay komandadan ayrılacağı təqdirdə “Liverpul” “Bornmut”un baş məşqçisi Andoni İraolanı ilk seçim variantı kimi nəzərdən keçirir.
İdman.Biz bu barədə jurnalist Santi Aunaya istinadən məlumat verir.
İspaniyalı məşqçinin “albalılar”la müqaviləsi bu yay başa çatır.
Mənbənin məlumatına görə, daha əvvəl məşqçini “Bornmut”a gətirən “Liverpul”un idman direktoru Riçard Hyuz İraolaya mümkün dəvət üzərində işləyir. Mersisaydlıların ispaniyalı menecerin oyun tərzinə maraq göstərdiyi vurğulanır.
İngiltərə Premyer Liqasının 37 oyunundan sonra “Bornmut” 56 xalla altıncı yerdədir. “Liverpul” isə 59 xalla beşinci yerdədir.
