Avropa Liqasının mətbuat xidməti X sosial media səhifəsində mövsümün komandasını dərc edib.
İdman.Biz bildirir ki, builki Avropa Liqasının finalında “Aston Villa” ilə “Frayburq” qarşılaşıb. İngilis klubu Almaniya komandasını 3:0 hesabı ilə məğlub edib.
Qapıçı: Emiliano Martinez (Aston Villa).
Müdafiəçilər: Viktor Qomez (Braqa), Mattias Ginter (Frayburq), Morato (Nottingem Forest), Oskar Minqeza (Selta Viqo).
Yarımmüdafiəçilər: Con Makginn (Aston Villa), Maksimilian Eqgeşteyn (Frayburq), Morqan Rocers (Aston Villa).
Hücumçular: Entoni (Betis), Emiliano Buendia (Aston Villa), İqor Jezus (Nottingem Forest).
