“Selta” klubun əfsanəsi ilə müqaviləni uzatdı

21 May 2026 14:55
136
“Selta” klubun əfsanəsi ilə müqaviləni uzatdı

İspaniyanın “Selta” futbol klubunun rəhbərliyi komandanın 38 yaşlı hücumçusu Yaqo Aspasla yeni müqaviləyə imza atıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı futbolçu ilə imzalanan müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.

Razılaşmanın şərtlərinə əsasən, Aspas növbəti mövsümü futbolçu kimi keçirəcək, daha sonra isə "Selta" klubunun strukturunda vəzifə alacaq.

“Selta”nın canlı əfsanəsi sayılan Yaqo Aspas komandanın heyətində 571 oyuna çıxıb, 222 qol və 90 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz
Məqalədə: