Fransanın PSJ klubu Çempionlar Liqasının finalı ərəfəsində əsas oyunçusunun xidmətindən məhrum ola bilər
İdman.Biz xəbər verir ki, Mərakeş millisinin və PSJ klubunun ulduz futbolçusu Əşrəf Hakimi zədə aldığından məşqlərə qatılmayıb.
Mənbənin məlumatına görə, finala 10 gün qalsa da, oyunçunun bərpa tarixi dəqiq açıqlanmayıb. Bu səbəbdən onun iştirakı sual altındadır.
UEFA Çempionlar Liqasının finalı mayın 31-də keçiriləcək. PSJ həlledici oyunda “Arsenal” ilə üz-üzə gələcək.
