Fransa Liqa 1-in 10-cu turunda “Paris” səfərdə “Oser”i 1:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “Abbe-Deşam” stadionunda keçirilən qarşılaşmanın taleyini Lassina Sinayokonun vurduğu yeganə qol həll edib.
Maraqlıdır ki, mali millisinin hücumçusu əvvəllər məhz “Oser”in formasını geyinib. Bu dəfə isə keçmiş komandasının qapısına yol taparaq Paris təmsilçisinə üç xal qazandırıb.
Bu qələbə sayəsində “Paris” 20 xalla turnir cədvəlində ikinci pilləyə yüksəlib, "Oser" isə 10 xalla 14-cü pillədə qərarlaşıb.
