Ronalduya görə təyyarələrdə 7 nömrə qalmaqalı: aviaşirkət həqiqəti açıqladı

7 Noyabr 2026 23:24
42
Ronalduya görə təyyarələrdə 7 nömrə qalmaqalı: aviaşirkət həqiqəti açıqladı

Niderlandın “Transavia” aviaşirkətinin Kriştianu Ronalduya görə təyyarələrdəki 7C nömrəli oturacaqları satışdan çıxarması barədə yayılan məlumatlara aydınlıq gətirilib.

İdman.Biz xəbər verir ki, aviaşirkət Portuqaliya millisində karyerasını başa vuran 41 yaşlı futbolçuya sosial şəbəkədə qeyri-adi paylaşım həsr edib.

Şirkət Ronaldunun doğulduğu Funşal şəhərinə uçuşlarda 7C nömrəli yerlərin ləğv olunduğunu açıqlayıb. Paylaşımda futbolçunun yeddi nömrəli formasının təyyarə oturacağına qoyulduğu foto da yer alıb.

Lakin Portuqaliya mediasının araşdırması zamanı məlum olub ki, söhbət real qərardan deyil, simvolik jestdən gedir. “Transavia”nın nümayəndələri bunun Ronaldunun millidən ayrılması münasibətilə hazırlanmış reklam kampaniyası olduğunu təsdiqləyiblər.

Aviaşirkət 7C nömrəli oturacaqların təyyarələrdən çıxarılmayacağını və Funşal istiqamətindəki reyslərdə əvvəlki kimi satışda qalacağını açıqlayıb.

Qeyd edək ki, Ronaldu noyabrın 5-də Portuqaliya millisində karyerasını başa vurduğunu elan edib. O, yığmanın heyətində 234 oyun keçirərək 146 qol vurub.

İdman.Biz