Azərbaycan minifutbol millisində zədə problemi aradan qalxdı

21 May 2026 13:24
123
Azərbaycan minifutbol millisində zədə problemi aradan qalxdı

Minifutbol üzrə Azərbaycan millisinin üzvü Elvin Əlizadə Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatından əvvəl zədəsini sağaldıb.

Komandanın baş məşqçisi Elşad Quliyev yarımmüdafiəçinin zədəsinin yeni sağaldığını söyləyib.

"Heyətdə başqa zədəli futbolçu yoxdur. Elvini formaya salsaq, bu turnirdə oynatmaq fikrimiz var. Komandanın yekun heyəti təxminən iki günə tam açıqlanacaq", - deyə o report.az-a açıqlamasında bildirib.

E.Quliyev Avropa çempionatındakı hədəflərinə də toxunub:

"İlk növbədə məqsədimiz qrupdan çıxmaqdır. Bunu etdikdən sonra çempionluq üçün oynayacağıq".

Xatırladaq ki, Avropa çempionatı mayın 27-dən iyunun 4-dək təşkil olunacaq. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə mübarizə aparacaq.

İdman.Biz