UEFA B kursunun ikinci mərhələsi keçirildi - FOTO

21 May 2026 12:08
106
UEFA B kursunun ikinci mərhələsi keçirildi - FOTO

Milli Komandaların Təlim-Məşq Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun ikinci mərhələsi keçirilib.

İdman.Biz AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, üç gün davam edən məşğələlərdə məşqçilərə nəzəri və praktiki biliklər təqdim olunub.

Kursun təlimatçıları Faiq Əzizov, Üzeyir İbrahimov və Vitaliy Kovalyov olub. Onlar iştirakçılara qapıçılarla işin əsas istiqamətləri, məşq prosesinin qurulması və müasir tələblər barədə məlumat veriblər.

İdman.Biz