Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçisi olacaq?

21 May 2026 11:15
135
Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçisi olacaq?

Türkiyənin “Beşiktaş” futbol klubunun rəhbərliyi baş məşqçi axtarışlarını davam etdirir.

İdman.Biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul klubu Braziliyalı məşqçi Filipe Luis ilə təmasa keçib. Bildirilir ki, braziliyalı mütəxəssis Türkiyədə çalışmağa isti yanaşır.

Qeyd olunur ki, “Beşiktaş”ın siyahısında Dino Toppmoller, Ange Postekoqlu, Razvan Luçesku və Oliver Qlasner kimi tanınmış məşqçilərin də yer aldığı bildirilir.

Namizədlər arasında adı hallanan digər məşqçi isə Qurban Qurbanovdur. Belə ki, azərbaycanlı mütəxəssisin klubun diqqət mərkəzində olduğu vurğulanır.

Klub prezidenti Serdal Adali yeni baş məşqçi seçimində səhvə yol vermək istəmir və əsas diqqət xarici namizədlərə yönəlib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin “Beşiktaş” baş məşqçi Sergen Yalçınla yollarını ayırıb.

İdman.Biz