Lamin Yamal yeni sevgilisi ilə “Barselona” yeməyində göründü - VİDEO

21 May 2026 11:39
86
Lamin Yamal yeni sevgilisi ilə “Barselona” yeməyində göründü - VİDEO

İspaniyanın “Barselona” futbol komandasının vingeri Lamin Yamal şəxsi həyatı ilə gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, 18 yaşlı futbolçu Kataloniya təmsilçisinin mövsümsonu komanda yeməyinə yeni sevgilisi kimi təqdim olunan bloqer İnes Qarsiya ilə gəlib. Tədbir “Barselona”nın La Liqa və İspaniya Superkubokundakı qələbələri münasibətilə təşkil olunub.

Yamal və 21 yaşlı Qarsiya tədbirə qara geyimdə qatılıblar. Görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb, lakin futbolçu münasibətlə bağlı hələlik açıqlama verməyib.

Yamal daha əvvəl argentinalı müğənni Niki Nikol ilə münasibətdə olub və onların ayrılığı 2025-ci ilin noyabrında məlum olub.

İdman.Biz