PSJ qələbə qazanaraq 14-cü dəfə Fransa çempionu olub - VİDEO

14 May 2026 01:20
162
PSJ qələbə qazanaraq 14-cü dəfə Fransa çempionu olub

Fransa Liqa 1-in 2025/26 mövsümünün 29-cu turundan təxirə salınan “Lans” və PSJ arasında oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, matç Lansdakı “Stade Bollaert-Delelis” stadionunda baş tutub və qonaq komandanın 2:0 hesablı qələbəsi ilə bitib.

PSJ-nin cinah oyunçusu Xviça Kvaratsxeliya matçda ilk qolu 29-cu dəqiqədə vurub. 90+3-cü dəqiqədə hücumçu İbrahim Mbaye qonaqların fərqini ikiqat artırıb.

Bu oyundan sonra PSJ Fransa çempionluğunu vaxtından əvvəl təmin edib. Klub Liqa 1-in turnir cədvəlinə 76 xalla başçılıq edir. “Lans” isə bir tur qalmış 67 xalla ikinci yerdədir.

PSJ Liqa 1-də ən çox çempionluq tituluna sahibdir – 14 dəfə. Bu reytinqdə “Sent-Etyen” ikinci (10 titul), “Marsel” isə üçüncü (9) yerdədir.

İdman.Biz