İngiltərə Premyer Liqasının 2025/26 mövsümünün 31-ci turundan təxirə salınmış “Mançester Siti” və “Kristal Palas” arasında oyun başa çatdı.
İdman.Biz xəbər verir ki, matç Mançesterdəki “Etihad” stadionunda oynanılıb və Mançester komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Mançester Siti”nin yarımmüdafiəçisi Antuan Semenyo 32-ci dəqiqədə hesabı açıb. Omar Marmuş 40-cı dəqiqədə “şəhərlilər”in üstünlüyünü ikiqat artırıb. Yarımmüdafiəçi Savio 84-cü dəqiqədə “Kristal Palas”ın qapısına üçüncü qolu vurub.
İngiltərə Premyer Liqasının 36 turundan sonra “şəhərlilər” 77 xala malikdir və turnir cədvəlində lider “Arsenal”dan iki xal geridə qalaraq ikinci yerdədir. “Qartallar” 44 xal qazanıb və hazırda 15-ci yerdədir.
