Türkiyə Kubokunda ikinci yarımfinal oyunu başa çatıb.
İdman.Biz bildirir ki, “Gənclərbirliyi” “Trabzonspor”la üz-üzə gəlib.
Matç 2:1 hesabı ilə “Trabzonspor”un xeyrinə qurtarıb.
62-ci dəqiqədə “Gənclərbirliyi”ndən Erk Aslan hesabı açıb. 78-ci dəqiqəd Arda Çelik hesabı bərabərləşdirib. 90+2-də Ernest Muçi “Trabzonspor”un qələbə qolunu vurub.
Finalda “Trabzonspor” “Konyaspor”la qarşılaşacaq. Oyun mayın 22-də Antalyadakı “Corendon Airlines Park” stadionunda oynanılacaq.
