Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Barselona”nın hücumçusu Robert Levandovski ilə müqavilə imzalamaqda maraqlıdır.
İdman.Biz-in “Sportowe Fakty”ya istinadən məlumatına görə, oyunçuya ildə 90 milyon avro dəyərində müqavilə təklif edilib.
Nəşrin məlumatına görə, polşalı hücumçuya oyun müddətinin azaldılması və maaşının azaldılması təklif olunduğu üçün Kataloniya klubu ilə müddəti bitən müqaviləsini yeniləməyə bilər. Bu fonda hücumçu “Əl-Hilal”ın təklifini ciddi şəkildə nəzərdən keçirir və çox güman ki, onu qəbul edəcək.
Levandovski 2022-ci ilin yayından bəri “Barselona”da oynayır. Bu mövsüm o, bütün yarışlarda 43 oyunda meydana çıxıb, 18 qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt-ın verdiyi məlumata görə, onun bazar dəyəri 8 milyon avrodur.
