İnfantino DÇ-2026 biletlərinin yüksək qiymətlərini şərh edib

13 May 2026 20:08
135
İnfantino DÇ-2026 biletlərinin yüksək qiymətlərini şərh edib

FIFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatı üçün bilet qiymətlərinin yüksək olması ilə bağlı tənqidlərə cavab verib.

İdman.Biz bildirir ki, o, qiymətlərin haqlı olduğunu və əyləncə sənayesinin dünyanın ən güclülərindən biri olduğu Amerika bazarının reallıqlarını əks etdirdiyini qeyd edib.

İnfantino vurğulayıb ki, ABŞ-da hətta 300 dollardan aşağı qiymətə kollec oyununa belə baxmaq mümkün deyil, ona görə də dünya çempionatı miqyaslı turnir üçün bazar qiymətləri tamamilə haqlıdır.

Bundan əlavə, İnfantino ABŞ-da rəsmi olaraq icazə verilən biletlərin təkrar satışı məsələsinə toxunub. O izah edib ki, qiymətlərin çox aşağı qoyulması skalperlərin biletləri daha yüksək qiymətə satmasına səbəb ola bilər. FIFA prezidenti azarkeşləri təkrar bazarda yüksək qiymətlərə aludə olmamağa çağırıb.

“Əgər kimsə final üçün biletləri 2 milyon dollara satışa çıxarırsa, birincisi, bu, biletlərin əslində 2 milyon dollar dəyərində olduğu anlamına gəlmir, ikincisi, bu, heç kimin onları alacağı anlamına gəlmir”, - deyə ESPN İnfantinonun sözlərini sitat gətirir.

İdman.Biz