İraq millisinin beş futbolçusu 2026 Dünya Çempionatı 2026 üçün ABŞ-a giriş vizası ala bilməyib.
İdman.Biz xəbər verir ki, bu barədə İraq Futbol Federasiyasının üzvü Qalib əl-Zamili “Shafaq News”a açıqlamasında bildirib. Onun sözlərinə görə, İbrahim Bayeş, Mühənnəd Əli, Zeyd Təhsin, Heydər Əbdülkərim və Əli əl-Hamadi hələlik ABŞ vizası ala bilməyiblər.
Federasiya rəsmisi bu qərarın səbəbinin onlara məlum olmadığını deyib. Əl-Zamili məsələ ilə bağlı FIFA-ya müraciət edəcəklərini və problemin qısa zamanda həll yolunu tapmağa çalışacaqlarını bildirib.
O, adıçəkilən beş futbolçunun İraq millisi üçün vacib oyunçular olduğunu vurğulayıb. Bu səbəbdən viza məsələsi komandanın 2026 Dünya Çempionatı öncəsi hazırlıq prosesində ciddi narahatlıq yaradıb.
