AFFA Region Liqası: Final və üçüncü yer oyunlarının yeri bəlli olub

13 May 2026 16:35
113
AFFA Region Liqası: Final və üçüncü yer oyunlarının yeri bəlli olub

AFFA Region Liqasında 2025/2026 mövsümünün final və üçüncü yer uğrunda oyunun yeri və başlama saatı müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yarışın həlledici matçları mayın 18-də Şamaxıda təşkil olunacaq.

İlk olaraq saat 11:00-da “Biləsuvar” və “Şəfəq” komandaları arasında üçüncü yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 16:00-da “Zəngəzur”la “Marafon” kollektivləri arasında baş tutacaq.

Hər iki qarşılaşma Şamaxı şəhər stadionunda reallaşacaq.

İdman.Biz