Elgiz Kərəmli: “Qələbə qazansaq, çempionluğu rəsmiləşdirəcəyik”

13 May 2026 15:46
141
Elgiz Kərəmli: “Qələbə qazansaq, çempionluğu rəsmiləşdirəcəyik”

Birinci Liqadakı mübarizənin sonuna iki tur qalmış ən yaxın izləyicisi “Səbail”i 5 xal qabaqlayan lider “Şəfa” növbəti oyununu “Cəbrayıl”a qarşı keçirəcək.

Bakı təmsilçisinin 34 yaşlı baş məşqçisi Elgiz Kərəmli fanat.az-a qarşıdakı matçla bağlı danışıb.

“Çox önəmli oyuna çıxacağıq. Qələbə qazansaq, çempionluğu rəsmiləşdirəcək, hədəfimizə çatacağıq. Asan olmayacağını bilirik, çünki çempionatın sonlarıdır. Hər oyun öz çətinliyi ilə seçilir. Lakin futbolçularımıza həmişəki kimi inaniram. Məşqlərdə çox həvəsli və aktiv gorünürlər, bu oyunu çox səbirsizliklə gözləyirlər. Bizi sevindirəcəklərinə inaniram”, - deyə o söyləyib.

Qeyd edək ki, “Şəfa” - “Cəbrayıl” qarşılaşması mayın 15-də keçiriləcək. Binə qəsəbə stadionunda baş tutacaq görüşün start fiti 17:00-da səsləndiriləcək.

İdman.Biz