PSJ Federiko Valverde ilə maraqlanır

13 May 2026 19:23
107
PSJ Federiko Valverde ilə maraqlanır

Fransanın PSJ klubu “Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde ilə maraqlanır.

İdman.Biz “El Chiringuito”ya istinadən bildirir ki, parislilər artıq uruqvaylı oyunçunun ətrafı ilə əlaqə saxlayıblar. Lakin bu, Valverdenin “Real Madrid”dən ayrılmaq niyyətində olduğu və ya Madrid klubunun oyunçuya yeni komanda axtarmağı tapşırdığı anlamına gəlmir.

Daha əvvəl Valverdenin ötən həftə komandanın məşqi zamanı soyunma otağında yarımmüdafiəçi Orelyen Tçuameni ilə toqquşduğu barədə məlumatlar yayılmışdı. Hadisə nəticəsində uruqvaylı yıxılıb, masaya dəyib və kəllə-beyin travması alıb. Klub hər iki oyunçunu 500.000 avro cərimələyib.

Valverde bu mövsüm bütün yarışlarda 48 oyun keçirib, doqquz qol vurub və 13 məhsuldar ötürmə edib. Transfermarkt uruqvaylı oyunçunu 120 milyon avro dəyərində qiymətləndirir.

İdman.Biz