“Vulverhempton”un oyunçusu “Atletiko”ya keçmək istəyir

13 May 2026 22:13
183
“Vulverhempton”un oyunçusu “Atletiko”ya keçmək istəyir

“Vulverhempton”un yarımmüdafiəçisi Joao Qomesin “Zenit Sankt-Peterburq”la müqavilə imzalamaq planı yoxdur və o, Rusiya klubunun daha yüksək maliyyə təklifinə baxmayaraq, “Atletiko Madrid”ə keçmək istəyir.

İdman.Biz bu barədə jurnalist Ekrem Konura istinadən bildirir.

Futbolçu İspaniya klubuna keçmək istədiyini açıq şəkildə bildirib. Aprel ayında “Vulverhempton” oyunçu üçün 40 milyon avro istəyirdi. Hazırda İngiltərə və İspaniya klubları arasında şifahi razılaşma əldə olunmaq üzrədir və transfer haqqının təxminən 45 milyon avro olacağı gözlənilir.

“Lids”, “Atalanta” və “Qalatasaray” da yarımmüdafiəçi ilə maraqlanır.

Bu mövsüm Qomes klubun heyətində bütün yarışlarda 40 oyuna çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt-a görə, onun transfer dəyəri 35 milyon avrodur.

İdman.Biz