“Latsio” və “İnter” arasında 2025/2026-cı il mövsümündə İtaliya Kubokunun final oyunu başa çatıb. Oyun Romadakı “Stadio Olimpiko”da oynanılıb.
İdman.Biz-in xəbərinə görə, matç “qara-göylər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Roma klubunun müdafiəçisi Adam Maruşiç 14-cü dəqiqədə öz qapısına qol vurub. 35-ci dəqiqədə hücumçu Lautaro Martines “İnter”in ikinci qolunu vurub.
Ötən mövsüm İtaliya Kubokunu “Bolonya” qazanmışdı.
