Çempionlar Liqasının finalçıları Kislyakla maraqlanırlar

12 May 2026 19:32
135
Çempionlar Liqasının finalçıları Kislyakla maraqlanırlar

Moskvanın ÇSKA klubunun yarımmüdafiəçisi Matvey Kislyak Avropa və Cənubi Amerikadan bir neçə klubun diqqətini cəlb edib.

İdman.Biz-in insayder Ekrem Konura istinadən məlumatına görə, UEFA Çempionlar Liqasının finalçıları - Fransanın PSJ, İngiltərənin “Arsenal”, eləcə də Braziliya A Seriyasının “Flamenqo” və “Palmeyras” klubları Rusiya millisinin yarımmüdafiəçisi ilə maraqlanır.

Mənbənin məlumatına görə, Türkiyənin “Fənərbağça” klubu daha əvvəl Kislyakı transfer etməyə çalışıb. İstanbul klubunun 2025-ci ildə ÇSKA-ya 12 milyon avro təklif etdiyi bildirilir.

Matvey Kislyak 2024-cü ildən bəri ÇSKA-nın oyunçusudur. Bu mövsüm 20 yaşlı müdafiəçi yarımmüdafiəçi “qırmızı-göylər”in heyətində bütün yarışlarda 41 oyunda səkkiz qol vurub və səkkiz məhsuldar ötürmə edib.

İdman.Biz