Ramos “Sevilya”nı aldı

12 May 2026 16:38
131
Ramos “Sevilya”nı aldı

İspaniyanın “Sevilya” futbol komandasının sabiq müdafiəçisi Serxio Ramos klubun sahibi olub.

İdman.Biz xəbər verir ki, COPE radiosunun məlumatına görə, ispaniyalı sabiq futbolçunun qardaşı Rene bütün prosesə rəhbərlik edib və satış razılaşdırılıb. Sövdələşmənin dəyəri 450 milyon avro (900 milyon AZN) məbləğində qiymətləndirilir.

Hazırda rəsmi açıqlama və hüquqşünaslarla formal prosedur qalıb.

Ramosun bu prosesi təkbaşına yox, investisiya qrupu ilə birlikdə həyata keçirdiyi bildirilir.

Qeyd edək ki, 40 yaşlı Ramos peşəkar karyerasına məhz “Sevilya”da başlayıb. O, 2005-ci ildə “Real Madrid”ə keçib, 2023/24 mövsümündə isə yenidən doğma klubunun formasını geyinib.

İdman.Biz