Futbol üzrə Azərbaycan Kubokunda final matçının hakim təyinatları açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, “Sabah” və “Zirə” komandaları arasında keçiriləcək həlledici oyun FIFA referisi Elçin Məsiyevə tapşırılıb. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək. Gülnurə Əkbərzadə görüşə ehtiyat köməkçi hakim kimi təyinat alıb.
VAR hakimi Tural Qurbanov, onun köməkçisi Rəhman İmami olacaq.
Qeyd edək ki, mayın 13-də “Palms Sports Arena”da keçiriləcək final oyunu saat 20:00-da start götürəcək.
