“Kəpəz”dən ayrılacağı iddia olunan Azər Bağırovdan açıqlama

12 May 2026 15:58
110
“Kəpəz”dən ayrılacağı iddia olunan Azər Bağırovdan açıqlama

“Kəpəz”dən ayrılacağı ilə bağlı barəsində xəbərlər dolaşan Azər Bağırova klub yeni müqavilə təklif edib.

Bu barədə 42 yaşlı baş məşqçi mövsümün sonunda təklifi dəyərləndirərək qərar verəcəyini bildirib.

“Allaha şükürlər olsun ki, tələbat olan məşqçiyəm. Adımın “Şamaxı” və ya “Araz-Naxçıvan”la hallanması bu baxımdan məni sevindirir. Deməli, son bir neçə ildə məhdud büdcə ilə müəyyən iş görə bilmişik. O ki qaldı “Kəpəz”dən ayrılmağıma, hazırda məqşdəyəm, işimin başındayam və bütün diqqətimi komandama ayrımışam. Əksinə, klub rəhbərliyindən yeni təklif almışam. Təbii ki, qarşılıqlı yeni şərtlərimizi bir-birimizə çatdırmışıq. Keçən dəfə şərtlər məni qane etməmişdi, ayrılmışdım. İndiki şərtlərdə müəyyən yeniliklər var. “Kəpəz”in növbəti mövsümdən Gəncədə oynaması, yeni arenanın olması cəlbedicidi. Amma başqa detallar da müzakirə olunmalıdır. Mövsümün sonunda təklifi dəyərləndirərək qərar verəcəyəm. Mən ortabab, hətta nisbətən aşağı büdcəli klubda da çalışa bilərəm, bir şərtlə ki, kənar təzyiqlər olmasın, sərbəst olum. Öncəliyim “Kəpəz”dir, amma sabah nə olacağını deyə bilmərəm”, - deyə o, fanat.az-a açıqlamasında söyləyib.

“Kəpəz” cari Premyer Liqada hazırda 27 xalla 10-cu yerdədir və sona 2 tur qalmış ən yaxın izləyicisi “Qəbələ”dən 6 xal öndədir. Gəncə təmsilçisi əlavə Premyer Liqada qalmağı təmin edib.

İdman.Biz