“Qarabağ” regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi

12 May 2026 15:46
372
“Qarabağ” regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi

“Qarabağ” Futbol Klubu regionda ilk Dayanıqlılıq Hesabatını ictimaiyyətə təqdim edib.

Klubdan İdman.Biz-ə verilən məlumata görə, hesabatda ekoloji dayanıqlılıq, sosial məsuliyyət layihələri, inklüziv inkişaf təşəbbüsləri, korporativ idarəetmə və şəffaflıq prinsipləri əks olunub. Sənəddə həmçinin klubun gələcək inkişaf strategiyası və beynəlxalq standartlara uyğunlaşma istiqamətində atdığı addımlar yer alıb.

Qeyd olunub ki, hesabat dünyanın aparıcı audit və konsaltinq şirkətlərindən olan “Deloitte”un dəstəyi ilə hazırlanıb. Şirkət hesabatın beynəlxalq standartlara uyğun hazırlanmasına metodoloji dəstək göstərib.

Xatırladaq ki, “Qarabağ” BMT-nin “Sports for Climate Action” təşəbbüsünün rəsmi tərəfdaşıdır və “Race to Zero” kampaniyasını dəstəkləyir.

Klubun prezidenti Tahir Gözəl bildirib ki, hesabat illər ərzində formalaşan dəyərləri və gələcək nəsillər qarşısında daşıdıqları məsuliyyəti əks etdirir:

“Bu təşəbbüs klubumuz, Azərbaycan və region üçün bir ilkdir. İnanırıq ki, bu yanaşma digər klublar üçün də nümunə olacaq”.

İdman.Biz
Məqalədə: