Azərbaycan Kuboku: Final oyununa yeddi mindən çox bilet satılıb

12 May 2026 14:29
125
Azərbaycan Kuboku: Final oyununa yeddi mindən çox bilet satılıb

Futbol üzrə Bizon Azərbaycan Kubokunun final oyununa satılmış biletlərin sayı açıqlanıb.

Peşəkar Futbol Liqasından (PFL) AZƏRTAC-a bildirilib ki, satışa çıxarılmış 8131 biletin 7000-dən çoxu azarkeşlər tərəfindən alınıb.

Hazırda satışda təqribən 1000-ə yaxın biletin qaldığı vurğulanıb.

Qeyd edək ki, mayın 13-də “Palms Sports Arena”da “Sabah” və “Zirə” komandaları arasında keçiriləcək final oyunu saat 20:00-da start götürəcək.

İdman.Biz